“Ailəvi səbəblərdən dolayı “Qarabağ”dan ayrılmaq məcburiyyətində qaldım”
10.10.2013 - 17:25
“2 ildir ki, “Qarabağ”da çalışıram. Həqiqətən, burda unudulmayacaq vaxtlar keçirmişəm. 2 il boyunca “Qarabağ”a şərəf və sevgiylə xidmət etdik”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”da aşağı yaş qruplarının texniki koordinatoru olmuş Səbahəttin Təkin deyib.
“Qarabağ”ın aşağı yaş qruplarının idari sistemində dəyişiklik baş verib. Təkin işindən ayrılıb. Türkiyəli mütəxəssis 2 il aşağı yaş qruplarında futbolçu yetişdirilmə işinə nəzarət edirdi. Səbahəttin hoca ailə zəminində yaranmış problemlərlə əlaqədar olaraq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Klub rəhbərliyi durumu anlayışla qəbul edərək Təkinin ərizəsini qəbul edib.
Səbahəttin bəyi dinləyək: “Qarabağ”ın özəl bir klub olduğunu anlamaq üçün burda 1 gün keçirmək belə kifayətdir. İnanıram ki, “Qarabağ”da uşaq futbolunun inkişafı üçün nələrsə etməyi bacarmışam. “Qarabağ”da rəhbərlikdən tutmuş ən sıravi işçiyə kimi hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Rəhbərlik uğur qazanmaq üçün lazım olan hər bir şeyi etməyə çalışır. Burda olduğum müddətdə ancaq xoş xatirələrim yadımda qalıb. Təəssüf ki, ailəvi səbəblərdən dolayı ayrılmaq məcburiyyətində qaldım. Sağ olsun, məni anlayışla qarşıladılar. Düzdü, artıq buranı tərk edirəm. Amma hər zaman “Qarabağ”ın azarkeşi olaraq qalacam. “Qarabağ”a hər zaman uğurlar arzulayıram”.

0
0