“İnter”in “Spartak”la oyununun başlanma vaxtı məlum oldu
10.10.2013 - 17:37
“İnter” Gürcüstan təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarının başlanma saatına aydınlıq gəlib. Apasport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “bankirlər” sabah Gürcüstanın yüksək liqasında mübarizə aparan “Spartak”(Tsxinvali) komandasıyla Bakı vaxtıyla saat 17:00-da qarşılaşacaq.
Növbəti gün isə təmsilçimiz Rustavi “Metallurq”u ilə gücünü sınayacaq. Həmin görüş saat 17:30-da baş tutacaq. “İnter” bu matçlara müxtəlif heyətlərlə çıxacaq.
Qeyd edək ki, “Metallurq”la görüşdən sonra komanda Bakıya dönəcək və Premyer Liqanın 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək matça hazırlığını davam etdirəcək.

0
0