Millimizin sabiq hücumçusu Superliqa klubuna qarşı oynayacaq – FOTO
10.10.2013 - 17:58
 Millimizin sabiq hücumçusu Superliqa klubuna qarşı oynayacaq – FOTO
Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” bugündən hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 18:00-da klubun bazasında bir araya gələn futbolçular məşqlərə start verib.

Bu arada 10 günlük fasilə dönəmində “Orduspor” digər Qara dəniz təmsilçisi “Çaykur Rizəspor”la gücünü sınayacaq. Superliqa klubu ilə yoxlama oyunu bazar günü Rizədə olacaq. Qarşılaşma bizim vaxtla saat 18:00-a nəzərdə tutulub.