Terim Estoniya ilə oyun öncəsi fikirlərini açıqladı
10.10.2013 - 21:57
“Buraya ən son gələndə bərabərə qalmışdıq. O xal itkisini bərpa edə bilərdik, amma bu dəfə elə bir şansımız yoxdur. Ən böyük fərq budur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim Estoniya ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bu matçda hücum futbolu oynayacaqlarını bildirib: “Onu da qeyd edim ki, bizim qalib gəlməyimiz də kifayət etmir. Rəqiblərimiz alacağı nəticələr də önəmlidir. Estoniya millisi də o vaxtdan bəri xeyli irəliləyib. İndi daha güclü komandadır. Rəqibi bilmərəm, amma bizim qazanmaqdan başqa şansımız yoxdur. Türkiyə futbolu qabağa getmək istəyirsə, belə oyunlarda qalib gəlməlidir. Qalib gələcəkdir də. Basqı altında olan bizik. Amma sabah bəhanəsiz qalib gəlməliyik. Ümid edirəm ki, Hollandiya qarşısına final matçı kimi çıxarıq. Amma bu qarşılaşma çox önəmlidir. Estoniya ehtiyatlı olmamız gərəkən bir rəqibdir. Milli komanda futbolçuları ağıllı və ulduzdur. Onlar matçlara tez köklənə bilirlər. Sabahkı oyunu səbirsizliklə gözləyirlər. Bu vəziyyətdə tələskənlik və həyəcana ehtiyac yoxdur. Hər hansı sürpriz olmazsa, oyunda hücum edən tərəf biz olacağıq. Buradan 3 xalla ayrılmaq çox önəmlidir. Şəxsən mən bu matçda çox inamlı, ümidliyəm. Hesab edirəm ki, futbolçularım qalib gəlməyi haqq edir”.
Terim “”Qalatasaray”dan göndərilməsi ilə bağlı da fikirlərini dilə gətirib: “Hazırda sadəcə milli komandanı düşünürəm. Əlbəttə ki, “Qalatasaray”dan ayrılmağımla bağlı danışacam. Münasib bir zamanda və yerdə, “Qalatasaray” ənənələrinə uyğun olaraq lazımi açıqlamalarım olacaq. Amma indi qarşıdakı oyunlarımıza köklənməliyik”.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya - Türkiyə matçı sabah Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0
0