Portuqaliya qalib gəldi, yığmamız liderliyi əldən verdi
11.10.2013 - 00:47
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2015-in seçmə mərhələsi çərçivəsində yer aldığı 8-ci qrupda daha bir görüş baş tutub. Apasport.az saytının məlumatına görə, Portuqaliya doğma azarkeşləri önündə İsraili qəbul edib.
Ev sahibləri rəqibi 3:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra portuqaliyalılar 6 xalla qrup lideri olublar.
Qeyd edək ki, ötən gecə milli komandamız səfərdə Norveçi 1:3 hesabı ilə qalib gələrək 4 xalla zirvəyə yüksəlmişdi. Portuqaliyanın bu qələbəsi yığmamızın qrupda ikinci yerə geriləməsinə səbəb olub.

1 | Portuqaliya | 2 | 2 | 0 | 0 | 8-1 | 6 |
2 | Azərbaycan | 3 | 1 | 1 | 1 | 5-8 | 4 |
3 | İsrail | 2 | 1 | 0 | 1 | 7-5 | 3 |
4 | Norveç | 3 | 1 | 0 | 2 | 4-9 | 3 |
5 | Makedoniya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
0
0