Karpin: Rusiya millisi bütün parametrlərdə Azərbaycandan üstündür
11.10.2013 - 04:51
Moskvanın “Spartak” klubunun baş məşqçisi Valeri Karpin Rusiya yığmasının Lüksemburq və millimizlə keçirəcəyi görüş barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 44 yaşlı mütəxəssis rusların hər iki oyunda da qalib gəlməyə borclu olduğunu deyib.
Karpin hər iki rəqibdən də güclü olduqlarını bildirib: “Lüksemburq və Azərbaycanla keçirəcəyimiz oyunlardan nə gözlədiyimi soruşsanız, 6 xal deyərdim. Çünki Rusiya millisi bütün parametrlərdə hər iki komandadan üstündür. Bu şəksiz-şübhəsiz belədir. Biz iki qələbə qazanmalıyıq. Xüsusilə də, Dünya Çempionatına vəsiqə uğrunda mübarizədə belə matçları əldən vermək olmaz”.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsinin F qrupu çərçivəsində 15 oktyabrda Bakıda Rusiya yığma komandasını qəbul edəcək.

0
0