Aysal Burakı göndərmək istəyir: Getmək istəyirsə...
11.10.2013 - 06:50
Aysal Burakı göndərmək istəyir: Getmək istəyirsə...
İngiltərədə keçirilən “Futbolun Liderləri Konfransı”nda iştirak edən “Qalatasaray”ın prezidenti Ünal Aysal maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Aysal futbolçusu Burak Yılmazı klubdan göndərə biləcəyini deyib.

Əvvəllər təcrübəli hücumçunu satmayacaqlarını deyən klub rəsmisi onu “Çelsi”yə sata biləcəyini bildirib: “Əgər getmək istəyirsə və “Çelsi”də Burakı transfer etməkdə ciddidirsə, niyə də olmasın. Türk futbolçuların Avropadakı böyük klublara getməyini dəstəkləyirəm. London təmsilçisi ilə bu barədə hələ rəsmi görüşümüz olmayıb”.

Qeyd edək ki, “Çelsi”nin Burakı seneqallı forvardı Demba Ba ilə dəyişmək və ya, pul ödəyərək heyətinə qatmaq istədiyi ilə bağlı mətbuatda xəbərlər yayılıb.