3 zərbə, 3 qol
11.10.2013 - 08:06
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Norveç – Azərbaycan oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Drammen şəhərində keçirilən qarşılaşmada meydan sahibləri üstünlüyə malik olub. Lakin daha dəqiq olan Azərbaycan yığması 3:1 hesabı ilə qalib gəlib. Matç boyu qapı çərçivəsinə 3 zərbə endirən millimizin bütün zərbələri qolla nəticələnib.
Norveç | Azərbaycan | ||
1 | Qollar | 3 | |
9 | Çərçivəyə zərbələr | 3 | |
4 | Qeyri-dəqiq zərbələr | 4 | |
13 | Ümumi zərbələr | 7 | |
7 | Künc zərbələri | 2 | |
8 | Qayda pozuntuları | 9 | |
2 | Sarı vərəqələr | 5 | |
0 | Qırmızı vərəqələr | 0 | |
0
0