Rəqiblərimizin oyununda 5 qol
11.10.2013 - 08:26
Rəqiblərimizin oyununda 5 qol
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının yer aldığı III qrupda ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, komandamızın İrlandiyaya 0:2 hesabı ilə uduzduğu günün son matçında İsveç yığması Bosniya və Hersoqovinanı qəbul edib. 4 yığmanın qatıldığı turnirə ev sahibliyi edən Skandinaviya təmsilçisi bu görüşdə böyükhesablı qələbə qazanıb – 4:1.

Qeyd edək ki, sabah keçiriləcək II turda millimiz Bosniya və Hersoqovina ilə görüşəcək.