“Azərbaycan millisinin qolundan sonra komandamız “söndü”
11.10.2013 - 08:56
“Azərbaycan millisinin qolundan sonra komandamız “söndü”
“Azərbaycana məğlubiyyət çox, həddən artıq üzücü idi. Bu oyundan biz qələbə gözləyirdik”. Apasport.az saytının məlumatına görə. Bu sözləri 21 yaşadək futbolçulardan ibarət Norveç milli komandasının baş məşqçisi Trond Nordsteyen deyib.

Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla Drammendəki oyununda 1:3 hesabı ilə uduzan skandinaviyalıların çalışdırıcısı millimizin bərabərlik qolunun matçda dönüş nöqtəsi olduğunu bildirib: “Oyunun ilk 60 dəqiqəsində o qədər də yaxşı oynamasaq belə hər şey qaydasında idi. Biz qələbə qazanmaq üçün səbirlə oynayırdıq. Nəhayət ki, hesabı açmağa müvəffəq olduq. Bundan sonra 2-ci qolu vurmaq istədikdə Azərbaycan yığması bərabərlik qolu vurdu. Hesab 1:1 olan kimi komandamız “söndü”. Bununla da biz bütünlüklə oyuna nəzarəti də özümüzü də itirdik. Bu qarşılaşmada heç də yaxşı oynamadıq. İndi biz araşdırmalıyıq ki, niyə belə qollar buraxdıq. Baş verənlər lap Makedoniya ilə oyunumuzdakılara bənzəyirdi. Hesab 1:1 olarkən komandamızda uduzmaq qorxusu qələbə əzmindən daha böyük idi. Belə matçdan sonra müsbət nə isə tapmaq çətindir. İndi məqsədimiz toparlanaraq İsraillə qarşılaşmada qalib gəlməkdir”.

Qeyd edək ki, matçda hesabı norveçlilər açsa da. millimiz 3 qol vuraraq əzmkar qələbə qazanıb.