“Oyunun son 30 dəqiqəsində baş verənlər biabırçılıq idi”
11.10.2013 - 09:40
“Oyunun son 30 dəqiqəsində baş verənlər biabırçılıq idi”
“Oyunun son 30 dəqiqəsində baş verənlər biabırçılıq idi. Meydanda heç nə edə bilmirdik. Başa düşə bilmirəm ki, bunlar niyə biz qol vurub üstünlük qazanandan sonra baş verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Norveç millisinin futbolçusu Hüsseyn Etzaz seyib.

Avro-2015-in seçmə mərhələsinin Azərbaycanla oyununda hesabı açan yarımmüdafiəçi komandasının 1:3 hesablı məğlubiyyətinə çox üzülüb: “Böyük bir zərbə aldıq. İndi çox çalışmalıyıq ki, belə hal təkrarlanmasın. Bu durumla barışa bilmərik. Qol vurmağıma şadam. Amma sonra baş verənlər çox üzücüdür. İlk 60 dəqiqədə hər şey yaxşı idi. Bilirdik ki, rəqib müdafiədən oynayacaq və həmin müddətdə səbirlə hücum etməliyik. Lakin son yarım saatda hər şey dəyişdi. Günahımızı yumaq üçün bir yolumuz var. Bu da İsraillə növbəti matçda qələbə qazanmaqdır”.