Fransız futbolçu Hafiz Məmmədovdan danışdı
11.10.2013 - 10:19
“Hafiz Məmmədovun kluba sahib çıxması bizə çox gözəl təsir etdi. Bu komandaya yeni impuls verdi”. Apasport.az saytının məlumatına görə, bunu “Lans”ın dayaq yarımmüdafiəçisi Pyer Dyukass deyib.
“Bakı”nın prezidenti Hafiz Məmmədovun Madrid “Atletiko”sunun ardından “Lans”ın formasına “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözlərini yazdırması getdikcə daha geniş müstəvidə ölkəmizin reklamına xidmət edir. Bu, eyni zamanda İspaniya və Fransa mediasının da diqqət mərkəzindədir.
Buna misal olaraq, “Lans”ın aparıcı futbolçularından olan Pyer Dyukassın yerli mətbuata verdiyi müsahibəsini göstərmək olar: “Jerve Martel yenidən kluba qayıtdı. Antuan Kombuarenin gözəl komanda yığmasının da “Lans”ın çempionata yaxşı başlamasına təsiri oldu. Biz gördük ki, hər şey “Lans”ın xeyrinə oldu. Bir sözlə, Hafiz Məmmədov komandaya yeni nəfəs gətirdi”.

0
0