Azərbaycan yığması Millətlər Liqasında!
11.10.2013 - 11:30
Azərbaycan yığması Millətlər Liqasında!
UEFA milli komandaların oyunlarına marağın artırılması məqsədilə yeni turnir keçirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, artıq layihəsi hazırlanan yarış Millətlər Liqası adlanacaq.

Avropanın yığmaları FİFA reytinqinə əsasən 5 qrupa - diviziona bölünəcək. Bu layihə 2016-cı ildən tez həyata keçirilməyəcək.

Millətlər Liqasında mübarizə milli çempionatlardakını xatırladacaq. Hər divizionda sonuncu olan aşağı dəstəyə yuvarlanacaq, ən yaxşısı isə daha yüksəyinə keçəcək.

FİFA-nın son reytinqinə əsasən, Azərbaycan millisi gücünə görə 4-cü olan D divizionunda yer alacaq. Təbii ki, 2016-cı ilədək bu qrupların sayı, onların hərəsində neçə komandanın olması və tərkibi dəyişəcək. Amma indiki variantda A və B divizionlarında 8, C və D divizionlarında 16 komanda yarışması nəzərdə tutulub. Ən zəif 6 komanda isə sonuncu dəstədə qərarlaşıb.

A qrupu: İspaniya, Almaniya, İtaliya, Belçika, Hollandiya, Xorvatiya, Portuqaliya, Yunanıstan

B qrupu: İsveçrə, Rusiya, İngiltərə, Bosniya və Hersoqovina, İsveç, Danimarka, Fransa, Ukrayna

C qrupu: Monteneqro, Sloveniya, Macarıstan, Rumıniya, Çexiya, Norveç, Serbiya, Albaniya, Avstriya, Türkiyə, Uels, İslandiya, Ermənistan, Finlandiya, İrlandiya, Slovakiya

D qrupu: Şotlandiya, Bolqarıstan, Polşa, İsrail, Makedoniya, Belarus, Şimali İrlandiya, Estoniya, Gürcüstan, Azərbaycan, Litva, Latviya, Lüksemburq, Moldova, Qazaxıstan, Kipr

E qrupu: Malta, Lixtenşteyn, Farer adaları, Andorra, San Marino, Cəbəllütariq.