Millimizin futbolçusu Avropada 7-ci yerə şərik oldu
11.10.2013 - 11:21
Millimizin futbolçusu Avropada 7-ci yerə şərik oldu
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, hesabında 7 qol olan İslandiya yığmasının üzvü Emil Atlason qitədə hamını arxada qoyub.

Rəqib qapılarına 6 qol vuran Alvaro Morata (İspaniya) isə 2-ci pillədə qərarlaşıb. 3-cü yerə şərik olan 4 futbolçunun hərəsi 4 dəfə fərqlənib. Bunlar Marselo Brojoviç (Xorvatiya), Lük Kastanyos (Hollandiya), Pol Corc Ntep de Matiba (Fransa) və Tim Vayrinendir (Finlandiya).

Hərəyə 3 qol vurub Avropanın 7-cisi adına şəriklərin sayı isə kifayət qədər çoxdur. Onlar arasında Azərbaycan milli komandasının da üzvü var. Belə ki, yığmamızın milliləşən almaniyalı hücumçusu Tuğrul Eratdır.
Bernard Lippertin rəhbərliyi altında keçirdiyi hər 2 oyunda qol sevinci yaşayan legionerimiz İsrailə 2:7 hesabı ilə uduzduğumuz matçda 1, Norveçi 3:1 hesabı ilə yendiyimiz qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapıb.