“Azərbaycan yığması da nəsə bacarır”
11.10.2013 - 11:26
“İsraillə matçın nəticəsi mükəmməl alındı. Futbolçularımın qələbə əzmi, xarakteri və qarşılıqlı anlaşmasından razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək Portuqaliya yığmasının baş məşqçisi Ruy Jorje deyib.
Dünən millimizin növbəti rəqibi olacaq Portuqaliya yığması Norveç darmadağınından (5:1) sonra İsraili də böyük hesabla məğlub edib – 3:0. Oktyabrın 15-də isə qrup liderliyi uğrunda Portuqaliya Bakıda millimizin qonağı olacaq.
Jorje İsraillə görüş haqqında fikirlərini açıqlayarkən Norveçin millimizə yenilgisinə təəccübləndiyini etiraf edib: “Biz 2 oyunda 2 qələbə qazanmaqla düzgün yolda olduğumuzu göstərdik. Ancaq biz hələ yolun başlanğıcındayıq. Əgər biz Avropa çempionatına çıxmaq istəyiriksə, onda belə də davam etməliyik. Gəlin, Bakıdakı oyunda da qələbə qazanacağımızı indidən müzakirə etməyək. Ancaq etiraf edim ki, Norveçin evində Azərbaycana yenilməsi bizi təəccübləndirdi. Ümid edirəm ki, bu, bizim komanda ilə oyunda baş verməyəcək”.
Portuqaliya yığmasının sabiq sol cinah müdafiəçisi millimizin ötən ay İsrailə 2:7 uduzmasından da danışıb: “Birmənalı şəkildə favoritin kim olmasını açıqlamağın heç bir mənası yoxdur. Şübhəsiz ki, Azərbaycan yığması da nəsə bacarır. Məncə, onlar İsraillə görüşdə hücuma çox aludə olmuşdu. Ona görə də darmadağın oldular. Gəlin, baxaq görək, onlar evdə necə oynayır. Biz növbəti çərşənbə axşamı həmişəki kimi qələbə uğrunda mübarizə aparacağıq”.
Qeyd edək ki, U-21-in Portuqaliya ilə oyunu saat 16:00-da başlayacaq. Qarşılaşma “Bayıl Arena”da keçiriləcək.

0
0