“Fransa yeganə ölkədir ki, bir şəhərində iki top-klub yoxdur”
11.10.2013 - 13:55
“Fransa yeganə ölkədir ki, bir şəhərində iki top-klub yoxdur”
Fransa millisinin və “Mançester Yunayted”in əfsanəvi futbolçusu Erik Kantona maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, sabiq hücumçu vətənində futbol mədəniyyətinin olmadığını açıqlayıb.

Hazırda ABŞ-da yaşayan Kantona ölkəsindəki vəziyyətdən narahatdır: “Rio-de-Janeyroda 6 futbol klubu var, necə ki, Londonda. Roma, Barselona, Milan, Buenos-Ayres, Mançester və İstanbul kimi şəhərlərdə minimum iki komanda yüksək səviyyədə çıxış edir. Ancaq Parisdə heç vaxt bir-biri ilə rəqabət apara biləcək səviyyədə iki kollektiv olmayıb. Özü də, bu tək Parisə aid deyil. Fransa yeganə ölkədir ki, bir şəhərində iki top-klub yoxdur. Bu faktla barışmaq lazımdır. Fransada futbol mədəniyyəti, oyuna ehtiras yoxdur”.