Arif Əsədov: Hər iki “sarı” yanlış idi
11.10.2013 - 16:11
Dünən İsveçdə 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 3-cü qrup görüşlərinə start verilib. Yığmamız ilk sınağında İrlandiyaya 0:2 hesabı ilə məğlub olub. Matçdan sonra komandamızın baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibə verib.
- İrlandiyaya qarşı keçirilən oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Futbolçular çox istəkli idilər. Oyuna yaxşı başladıq. Düzdür, rəqibi elə də yaxşı tanımırdıq. Buna görə matçın əvvəli bir qədər kəşfiyyat xarakterli keçdi. Epizodlara gəldikdə, hər iki komandanın qol vurmaq üçün şansı oldu. Onlar yaxaladıqları fürsəti dəyərləndirdilər. Biz isə 4 yüz faizlik qol imkanımızı əldən verdik. Birinci hissədə rəqib topu qapı xəttindən çıxardı. Digər epizod da isə ənənəvi künc zərbəsindən sonra Coşqun Diniyev “çərçivə”yə düşə bilmədi. İkinci hissədə Ruslanın iki şansı oldu. Epizodların birində top tirə dəyib geri qayıtdı, digərində isə 2-3 metrlik məsafədən başla qol vura bilmədi. Bəxt amili futbolda mühümdür. Bu gün bəxt bizdən üz döndərmişdi.
Bu cür oyunlarda ilk qolu kimin vurması çox vacibdir. İmkanlarımızdan yararlana bilmədik. Əvəzində müdafiədəki kobud səhvimiz qolla nəticələndi. Bura qırmızı vərəqəni də əlavə etsək, qarşılaşmanın müqəddəratının həll olunduğunu deyə bilərik. Onu da əlavə edim ki, sonrakı dəqiqələrdə meydanda azlıqda qaldığımız hiss olunmurdu. Daim hücum edir, qol vurmağa çalışırdıq.
- Yeri gəlmişkən, qırmızı vərəqə düzgünmü göstərilmişdi?
- Elvinə göstərilən hər iki sarı vərəqə yanlış idi. Birinci epizod zamanı top kənara gedirdi. Yəni, topun hərəkət istiqaməti təhlükədən xəbər vermirdi. İkinci sarını da tez göstərdi. Ən azı ikisindən birini göstərməyə bilərdi.
- Sarı vərəqələrin sayı da çox idi. Bu nədən irəli gəlir?
- Oyunda temp, sürət yüksək, mübarizələr var idi. Həm də uşaqlarda qələbə istəyi çox idi. Bu da onların emosiyalarına hakim olmasında müəyyən problem yaratdı.
- Bu oyunda irlandların hansısa sürpriz hazırladığını düşünmək olarmı?
- Bilirdik ki, atletik futbola üstünlük verirlər, möhkəm komandadırlar. Onların gücünə az-çox bələd idik. Elə birinci qol da uzun ötürmədən sonra müdafiəçimiz topu kənara çıxarmaq əvəzinə, meydanın mərkəzinə tərəf vurmasından sonra oldu.
- Sabah Bosniya və Hersoqovina ilə oyun var. Məğlubiyyətin gərginliyini üzərinizdən atıb, matça köklənə biləcəksiniz? Rəqibi necə xarakterizə edərdiniz?
- Qrupda zəif rəqib yoxdur. Düzdür, bosniyalılar ilk oyunda böyük hesabla məğlub oldular. Ancaq hesab heç də oyuna görə deyildi. İrlandiya ilə matçda, xüsusilə də azlıqda qaldığımız zaman nümayiş etdirdiyimiz oyun qarşıdakı görüşlərə ümidlə yanaşmağımıza əsas verir. Başqa yolumuz yoxdur. Ancaq qələbə qazanmaq üçün mübarizə aparacağıq.
- Qrupdan çıxmaq şansımız nə dərəcədə realdır?
- Şans qalır. Qarşıda iki oyunumuz var. Əsas diqqətimizi Bosniya və Hersoqovina ilə matçlara yönəltmişik.
- Yeri gəlmişkən, U-21 səfərdə Norveçi məğlub etdi. Bu nəticə sizin üçün sürpriz olmadı?
- Bu uğur münasibəti ilə komandanı təbrik edirəm. Böyük qələbədir. Çünki komanda əvvəlki oyunda İsrailə 2:7 hesabı ilə məğlub olmuşdu və çoxları U-21-ə ümidsiz yanaşırdı. Komandamız sübut elədi ki, futbolda hər şey ola bilər. Əsas olan oyuna köklənmək və qələbəni istəməkdir. Oyunun axarı da istədiyin kimi davam edərsə, yaxşı nəticə qazanmaq qaçılmazdır.
- Bu gün isə əsas milli Şimali İrlandiya ilə qarşılaşacaq. Yığmamızın şanslarını necə dəyərləndirirsiniz?
- U-21-un uğurunun davamını bugünkü oyunda gözləyirik. Qələbə qazanacağımıza çox inanırıq. Futbolçular da bilir ki, qrupda son iki rəsmi oyundur. Xal ehtiyatını çoxaltmaq və yaxşı yer tutmaq üçün komandamız əlindən gələni edəcək.

0
0