Futbolçumuzu qovan hakim millimizin oyununda
11.10.2013 - 16:20
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 2-ci oyunun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın sabah Bosniya və Hersoqovina ilə keçirəcəyi qarşılaşma Slavko Vinçiçə tapşırılıb.
İsveçdəki turnirdə komandamızı ilk görüşündə fit çalan sloveniyalı millimiz üçün düşərli referi deyil. Belə ki, oktyabrın 10-da məhz onun idarə etdiyi qarşılaşmada Arif Əsədovun yetirmələri İrlandiyaya uduzmuşdu – 0:2. Həmin matçda Vinçiç komandamızın futbolçusu Elvin Bədəlovu da qırmızı vərəqə ilə meydandan qovmuşdu.

0
0