Superkubok “Araz Naxçıvan”ın oyununa mane oldu
11.10.2013 - 17:08
 Superkubok “Araz Naxçıvan”ın oyununa mane oldu
Ölkə kuboku uğrunda yarışların 1/16 final mərhələsinin oyun cədvəli məlum olub. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, qalibin tək oyunla müəyyən olunacağı bu mərhələnin oyunları oktyabrın 23 və 30-da keçiriləcək.

Bu mərhələnin oyunlarından yalnız Naxçıvanda baş tutacaq qarşılaşma əvvəl nəzərdə tutulduğu kimi oktyabrın 23-də keçirilməyəcək. Buna səbəb Naxçıvan şəhər stadionunda həmin gün keçirilməli olan Superkubok matçıdır.

Azərbaycan kuboku, 1/16 final

23 oktyabr

“Şuşa” – “Şahdağ”
“Mil-Muğan” – “Lokomotiv”
MOİK – “Qaradağ Lökbatan”


30 oktyabr
“Araz Naxçıvan” – “Ağsu”

Qeyd edək ki, oktyabrın 23-də Superkubok görüşündə son çempion “Neftçi” və ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” qarşılaşacaq.