Qərb derbisində qalib müəyyənləşmədi
11.10.2013 - 17:47
Bu gün I Divizionda 5-ci tura start verilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, tura 2 oyunla start verilib.
Turnir cədvəlində qonşu olan “Şəmkir” “Kəpəz”in qərb duelində komandalar xalları yarı bölüb. “Şuşa” isə Mingəçevirdə “Energetik”ə qalib gəlməklə xalını 10-a yüksəldib və bununla da müvəqqəti də olsa turnir cədvəlində “Araz Naxçıvan”a çataraq 2-ci pilləni bölüşməli olub.
“Şəmkir” 1-1 “Kəpəz”
Seyhun Əliyev, 55 - Şahin Kərimov, 43
“Energetik” 0-2 “Şuşa”
İsrafil Qarayev, 54; 90+2
Qeyd edək ki, turun növbəti oyunları şənbə və bazar günləri keçiriləcək.

0
0