12cioyuncu üçün şok xəbər
11.10.2013 - 21:10
“12cioyuncu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlı xoşagəlməz halla üzləşib. Apasport.az xəbər verir ki, cənub bölgəsinin ən böyük azarkeş qrupunun və “12cioyunçu.info” saytının rəhbəri xəstəxanaya yerləşdirilib.
Bu barədə əməkdaşımıza Cabbarlının yaxın dostu Vaqif Rəşidov məlumat verib.
O bildirib ki, infarkt keçirən İslam bəy Novxanıdakı 2 saylı xəstəxanaya yerləşdirilib: “Hamımızın sevimlisi olan İslam bəy hazırda reanimasiyayadır. Vəziyyəti yaxşı deyil. Onun yanına heç kimi buraxmırlar. Mən də çox çətinliklə ona baş çəkdim. Həkimlər Abbasovun danışmasına icazə vermirlər”.
Rəşidovun sözlərinə görə, həkimlər Cabbarlının hələlik xəstəxanada qalmasını tələb ediblər: “İslam bəyin xəstəxanadan nə vaxt çıxacağı məlum deyil. Həkimlərlə danışdım. Dedilər ki, ola bilsin, bir həftəyədək xəstəxanada qalsın”.
Apasport.az saytının kollektivi İslam bəyə tezliklə sağalmasını və ailəsinə qovuşmasını arzulayır.
Allah şəfa versin!

0
0