Berti Foqts: Mən yox, o, üzr istəməlidi
11.10.2013 - 22:30
“Mənə elə gəlir ki, qələbəyə görə hamı sevindi”. Apasport.az saytının xəbərinə görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.
Yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində az öncə Şimali İrlandiya ilə qarşılaşdı.
1:0 hesabı ilə qazanılan qələbədən sonra komandamızın baş məşqçisi Berti Foqts oyun sonrası təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb.
“İlk hissədə taktiki səhvlərə yol verdik. Rəqibin şansları vardı. Bəxtimiz gətirdi. Ancaq fasilədən sonra etiyimiz dəyişiklilər öz sözünü dedi. 6 ildir Azərbaycandayam, İlk dəfə məni alqışladınız, buna görə sizə təşəkkür edirəm. Qələbəni ölkə prezidentinə hədiyyə edirik” – deyə, almaniyalı mütəxəssis bildirib.
- Rəqib baş məşqçi dedi ki, siz futbolçularınızın hərəkətlərinə görə üzr istəmisiniz. Hansı hərəkətlərə görə?
- İnanmıram elə bir söz deyib. Mən niyə üzr istəməliyəm? Bunun üçün səbəb yoxdu. Əksinə, o üzr istəməlidir ki, ilk oyunda son dəqiqədə heç nədən qol vurdular.
- Millimizdə 8 xal yığan ilk baş məşqçisiniz. Bunu uğur sayırsınız?
- Mənim üçün azdı. 8 xala qane ola bilmərəm. Lüksemburqu hər iki oyunda uda bilərdik. İrlandiyada heç nədən qol buraxdıq.
- Bəlkə yığmada qalıb işinizi davam etdirəsiz?
- Növbəti suala keçin, xahiş edirəm...
- Qalib heyət dəyişilmir. Rusiya millisinə qarşı da belə oynayacaqsınız?
- Dəyişikliklər olacaq. Çünki bu çətin oyundan sonra baxmalıyam, görüm, futbolçular nə vəziyyətdədir... Növbəti oyunda cəzası bitən Ruslan Abışov da olacaq.

0
0