Rasim Ramaldanov mərhələni başa vurdu
11.10.2013 - 23:17
Rasim Ramaldanov mərhələni başa vurdu
Azərbaycan millisi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə oktyabrın 15-də baş tutacaq matçında Rasim Ramaldanov komandamıza kömək etməyəcək.

Buna səbəb mərkəz müdafiəçisinin cəzalı duruma düşməsidir. Belə ki, “Xəzər Lənkəran”ın futbolçusu Şimali İrlandiya ilə görüşdə seçmə mərhələdəki 2-ci sarı vərəqəsini alıb.

İsraillə sentyabrın 7-də keçirilmiş görüşdə də xəbərdarlıq alan Rasim bununla da seçmə mərhələni başa vurub.