Foqtsu ən çox kim sevindirib?
11.10.2013 - 23:42
Şimali İrlandiya ilə DÇ-2014-ün seçmə mərhələsinin oyunu bəzi yubileylərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamız tarixində 200-cü matçına çıxıb.
Qarşılaşma komandamızın uduzmadığı 90-cı matç kimi tarixə düşüb. 110 məğlubiyyəti olan millimiz 37-ci qələbəsini qazanıb. Daha 53 dəfə isə yığmamız heç-heçə ilə kifayətlənib.
Matçda vurulan hər 2 qol da yubiley xarakteri daşıyıb. Rüfət Dadaşovun vurduğu ilk top Berti Foqtsun rəhbərliyi altında 50-ci olub. Mahir Şükürovun qolu isə almaniyalını seçmə mərhələlərdə sevindirən 20-ci top oldu.
6 ildir ölkəmizdə çalışan Foqtsun rəhbərliyi altında vurulan qolların ümumi sayı isə 51-ə çatdı. Onu ən çox sevindirən Elvin Məmmədovla Vaqif Cavadov olub – hərəsi 7 dəfə. Rauf Əliyev isə mütəxəssisi 6 qolla sevindirib.

0
0