Aqolli oynadı, Teli izlədi
12.10.2013 - 03:57
Aqolli oynadı, Teli izlədi
“Qarabağ”ın futbolçuları, Ansi Aqolli və Admir Telinin də çıxış etdiyi Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, E qrupunda keçirilən qarşılaşmada albanlar doğma azarkeşləri önündə İsveçrə ilə üz-üzə gəlib.

Rəqibin 2 qoluna 1 dəfə cavab verə bilən ev sahibləri meydandan 1:2 hesabı ilə məğlub ayrılıb.

Ağdam klubunun müdafiəçilərindən Aqolli start heyətdə meydana daxil olub sona qədər mübarizə aparsa da, Teli qarşılaşmanı ehtiyyat oyunçular skamiyasından izləyib.

Qeyd edək ki, 10 xalla cədvəlin 5-ci pilləsində qərarlaşan Albaniya millisi oktyabrın 15-də E qrupunun autsayderi Kiprin qonağı olacaq.