Səmədov: Fasiləyə yollanarkən Azərbaycanla oyunu düşünmədim desəm, yalan olar
12.10.2013 - 04:48
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Rusiya millisi səfərdə Lüksemburqu 0:4 hesabı ilə məğlub edib. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, qalib komandanın ilk qoluna imza atan əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov matçdan sonra mətbuata açıqlama verib.
Səmədov 3 cavabsız qoldan sonra fasiləyə yollanarkən artıq Azərbaycanla oyunu düşünməyə başladığını deyib: “Fasiləyə yollanarkən Azərbaycanla oyunu düşünmədim desəm, yalan olar. Biz artıq lazımi nəticəni qazanmışdıq, amma oyunu başa çatdırmaq lazım idi. İkinci hissədə daha çox oyunun tempini aşağı salmağa çalışırdıq. Lakin deməzdim ki, elə birinci qoldan sonra tam arxayınlaşmışdıq. Yenə də pressinqə davam edirdik. İkinci qoldan sonra üçüncünü də vuranda hiss etdik ki, lazimi nəticə əldə olunub”.
Qeyd edək ki, Rusiya- Azərbaycan qarşılaşması oktyabrın 15-də saaat 22:00-da Bakıda keçiriləcək.

0
0