Roman Şirokov: Nə, Azərbaycan Şimali İrlandiyaya qalib gəlib?
12.10.2013 - 05:36
Roman Şirokov: Nə, Azərbaycan Şimali İrlandiyaya qalib gəlib?
“Nə, Azərbaycan Şimali İrlandiyaya qalib gəlib? Afərin. Onları qələbə münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Roman Şirokov deyib.

Şirokov "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqu 0:4 hesabı ilə məğlub etdikdən sonra ölkəsinin mətbuatına millimizlə keçirəcəkləri oyun barədə maraqlı açıqlamalar verib.

“Zenit”in yarımmüdafiəçisi yığma komandamızın Şimali İrlandiya üzərindəki qələbəsinə təəccübləndiyini gizlədə bilməyib: “Düşünürəm ki, Lüksemburqla Azərbaycan millisi arasında paralellər aparmaq olmaz. Bakıdakı oyun çox çətin və fərqli keçəcək. Üstəlik onlar bizi məğlub etməyə söz veriblər. Onlarla birinci oyunda biz yaxçı oynayıb qalib gəlmişdik. Xüsusilə də birinci hissədəki çıxışımıx xoşuma gəlmişdi”.


Qeyd edək ki, Rusiya- Azərbaycan qarşılaşması oktyabrın 15-də saaat 22:00-da Bakıda keçiriləcək.