Fatih Terim: Oyundan əvvəl futbolçularıma dedim ki…
12.10.2013 - 06:45
Fatih Terim: Oyundan əvvəl futbolçularıma dedim ki…
“Bu oyunda qazandığımız 3 xal önəmli idi. İndi həm iddialıyıq, həm də xoşbəxtik. Ümidə doğru yolumuz davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.

Təcrübəli mütəxəssis "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya üzərindəki 0:2 hesabı qələbədən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

Terim oyunda üstün tərəfin Türkiyə yığması olduğunu bildirib: “Hardasa, başdan sona qədər oyun nəzarətimiz altında keçdi. Matçı istədiyimiz kimi yönləndə bildik. Gərgin olan tərəf bizdik. Çünki udmağın, və ya uduzmağın rəqib üçün heç bir önəmi yoxdu. Amma qələbədən başqa istənilən nəticə bizə sərf etmirdi. Oyunu istədiyimiz kimi oynadıq və bizə lazım olan 3 xalı komanda şəklində qazandıq”.

Türkiyəli çalışdırıcı qarşılaşmdan əvvəl futbolçularına elə də çox tapşırıq verib, onları həddən artıq yormadığını deyib: “Bu oyuna o qədər hazır idilər ki, bu dəfə onlarla çox danışmadım. Oyuna köklənmək əvəzinə, çaşqınlıq və tələskənlik ab-havasına düşmələrini istəmədim. Belə gərgin oyunlar elə də asan deyil. Çünki bir tərəfdə özünüz oynayırsınız, fikriniz digər matçın nəticəsinə yönəlib. Futbolçularıma dedim ki, son dərəcə səbirli və tələskənlikdən uzaq olun. Onlara nəyə qadir olduğumuzu dedim”.