“Xəzər Lənkəran”ın futbolçusu ehtiyatda qaldı, komandası uduzdu
12.10.2013 - 10:26
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Makedoniya millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın futbolçusu Nikola Qliqorovun şərəfini qoruduğu komanda Uelsin qonağı olub.
Matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Uelslə ilk matçda start heyətində meydana çıxan və 90 dəqiqə oynayan Lənkəran təmsilçisinin yarımmüdafiəçisi bu dəfə görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra Makedoniya qrupda sonuncu pilləyə enib.

0
0