Ehtiyatda qaldı, komandası darmadağına sevindi
12.10.2013 - 10:50
Ehtiyatda qaldı, komandası darmadağına sevindi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Sloveniya millisi növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Sreçko Katanetsin yetirmələri Norveç millisini darmadağın ediblər – 3:0.

Baş məşqçi “Qəbələ”nin futbolçusu Deyan Kelharın meydana çıxmasına ehtiyac duymayıb. Yarımmüdafiəçi matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu qələbədən sonra Sloveniya millisi pley-off şansını saxlayıb.