“Şimali İrlandiyadan belə aqressiv oyun gözləyirdik” - MÜSAHİBƏ
12.10.2013 - 11:25
“Şimali İrlandiyadan belə aqressiv oyun gözləyirdik” - MÜSAHİBƏ
Millimizin futbolçusu Vüqar Nadirov Şimali İrlandiya ilə oyundan sonra jurnalistlər önünə çıxıb. “Qarabağ”ın üzvü apasport.az saytının suallarını da cavablandırıb.

- İlk hissədə müəyyən çətinlikləriniz vardı. Bu nə ilə əlaqədar idi?
- Birinci yarıda biz bir balaca arxadan oynadıq. Sonradan öz oyunumuzu tapdıq. İkinci hissədə artıq qollarımızı vurduq.

- Taktika belə idi, yoxsa rəqib sizi arxadan oynamağa vadar etmişdi?
- Yox, rəqibdən belə aqressiv oyun gözləyirdik.

- Ümumiyyətlə, rəqib Belfastdakı oyundakı komandaya bənzəyirdi?
- Orda da ilk hissədə belə oynamışdılar. Burda da bilirdik ki, eyni cür oynayacaqlar.

- Bu qələbə Rusiya ilə matç öncəsi sizə necə təsir edəcək?
- Yaxşı təsir etdi. İnşallah, Rusiya ilə görüşə yaxşı əhvalla çıxacağıq.

- Çox güc sərf etdiniz. Ruslarla görüşə gücünüz qalıbmı?
- Hələ qarşıda 3-4 gün var. Çalışacağıq ki, özümüzə gələk və Rusiya ilə oyunda da belə oynayaq.

- Ümumiyyətlə, Rusiya ilə görüşdə şanslarımız necədir?
- Hələ şanslardan danışmaq tezdir.

Səbuhi TOFİQOĞLU