Qurban Qurbanov “Top-5”dən çıxdı
12.10.2013 - 12:17
Qurban Qurbanov “Top-5”dən çıxdı
DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu Mahir Şükürov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi yığmamızda 68-ci matçını keçirməklə komandanın 5 rekordçusu sırasına düşüb.

Mahir “Top-5”dən 67 oyun keçirən Qurban Qurbanovu çıxarıb. Yubiley – 200-cü oyununa çıxan millimizdə ən çox görüşə çıxan isə Rəşad Sadıqovdur.

1. Rəşad Sadıqov 87
2. Aslan Kərimov 80
3. Mahmud Qurbanov 76
4. Tərlan Əhmədov 75
5. Mahir Şükürov 68