“Qrupu 4-cü yerdə bitirmək üçün Rusiyanı da məğlub etmək lazımdır”
12.10.2013 - 13:16
“Taktiki göstəriş o idi ki, mərkəzi gücləndirməliydim. Çünki onlar mərkəzdə yaxşı oynayırdılar. Şadam ki, mən oyuna daxil olduqdan sonra qolları vurduq. Hamınızı qələbə münasibəti ilə təbrik edirəm. Məncə, pis nəticə deyil”. Bunu apasport.az saytına açıqlamasında millinin və “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Şimali İrlandiya ilə oyunda qazanılan qələbədə Cavid Hüseynovun da böyük rolu var. Sentyabr ayının “ən yaxşı oyunçusu” seçilən Cavid fasilədən sonra Vüqar Nadirovun yerinə oyuna daxil olmaqla yığmanın ikinci hissədə fəallaşmasına səbəb oldu.
İkinci hissədə Foqts tərəfindən şimali irlandiyalıların güclü olan mərkəz xəttində oynamaq göstərişi aldığını deyən Hüseynov ruslarla oktyabrın 15-də keçiriləcək qarşılaşmadan da qələbə gözləyir: “Maksimum nəticə qazanmaq istəyirik. Qrupu 4-cü yerdə bitirmək üçün Rusiyanı da məğlub etmək lazımdır. Buna gücümüz də var. Çünki evdə doğma azarkeşlərimiz önündə oynayırıq. İnşallah, buna nail olarıq”.
Səbuhi TOFİQOĞLU

0
0