“Bu, bizi hardasa çaşdırdı” - MÜSAHİBƏ
12.10.2013 - 13:36
Milli komandamızın dayaq yarımmüdafiəçisi Qara Qarayev Şimali İrlandiya ilə görüşdən sonra yerli KİV-in suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu ilk öncə qarşılaşma haqda qısa fikirlərini bildirib.
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, istəyimizə çatdıq. Sevinc içindəyik.
- İlk hissədə niyə zəif çıxış etdiniz?
- Birinci yarıda Şimali İrlandiya tamam başqa taktika ilə oynayırdı. Gözləmirdik ki, belə taktika ilə başlayalar. Biz 4-4-2 taktikasına uyğun hazırlaşmışdıq. Onlar isə meydana 3-5-2 düzülüşü ilə çıxmışdı. Bu da bizi birinci hissədə hardasa çaşdırdı.
- İlk hissədə bir qədər özünüzə bənzəmirdiz. Öz çıxışınızla bağlı nə deyə bilərsiniz?
- Mərkəzdə çoxlu rəqib oyunçular var idi. Bu üzdən ilk hissədə oyunum yaxşı alınmadı. Ancaq fasilədən sonra biz mərkəzdə çoxluq təşkil etməyə başladıq. Bundan sonra oyunum qaydasına düşdü. Bu, normaldır. Ancaq yenə də öz oyunumdan razı deyiləm. Çalışıb bunu qaydasına salacağam.
- Rusiyanı məğlub etmək mümkündür?
- İnşallah, istəyirik ki, uduzmayaq. Qalib gələcəyimizi deyə bilmərəm. Ancaq çalışacağıq ki, evdə onlara məğlub olmayaq.
- Bu oyun onları məğlub etmək üçün kifayət edir?
- Təbii ki, yox. Daha da səylə məşqlərdə çalışmalıyıq.
Səbuhi TOFİQOĞLU

0
0