Viktor Fayzulin: Azərbaycanla görüş daha çətin olacaq
12.10.2013 - 14:00
“Lüksemburq millisi ilə oyunda hesabı erkən açmağımız işimizi yüngülləşdirdi. Azərbaycana yaxşı əhval-ruhiyyədə gedirik”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin futbolçusu Viktor Fayzulin deyib.
Təcrübəli yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin son matçında qarşılaşacaqları Azərbaycan millisi barədə danışıb. Mundiala vəsiqəni birbaşa qazanmaq arzusunda olan Fayzulin bildirib ki, Bakıdakı görüş heç də asan olmayacaq: “Komandamızda eyforiya yoxdur. Hami başa düşür ki, son məqsədə çatmaq üçün daha 1 çox mühüm addım atmaq lazımdır. Ona görə də Bakıdakı oyuna köklənmə Lüksemburqdakından da artıq olacaq. Ən vacibi isə budur. Düzdür, Azərbaycan da Şimali İrlandiyanı məğlub etdikdən sonra yaxşı əhval-ruhiyyədədir. Əminəm ki, Bakıdakı qarşılaşma Lüksemburqdakından daha çətin olacaq”.
Qeyd edək ki, bir gün öncə Lüksemburqa 4:0 hesabı ilə qalib gələn Rusiya Azərbaycanla oktyabrın 15-də oynayacaq.

0
0