Berti Foqts Rusiya ilə bağlı danışmayacaq
12.10.2013 - 14:02
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də baş tutacaq Azərbaycan – Rusiya oyunundan əvvəl hər 2 komandanın keçirəcəyi mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamızın açıq məşqi matçdan 2 gün öncəyə nəzərdə tutulub.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq hazırlıq saat 16:45-də başlayacaq. Bir gün sonra isə matçla bağlı mətbuat konfransı olacaq. “Sheraton Baku Airport Hotel”də saat 11:00-da başlayacaq tədbirdə KİV nümayəndələrinin suallarını baş məşqçimiz Berti Fosts deyil, Nazim Süleymanov, Aslan Kərimov və futbolçularımız cavablandıracaq.
Oktyabrın 14-də saat 18:00-da isə qonaqların açıq məşqi gerçəkləşəcək. “Bakcell Arena”da keçiriləcək hazırlığın ilk 20 dəqiqəsi mətbuat üçün açıq olacaq. Ardınca - saat 19:30-da şimal qonşularımızın baş məşqçisi Fabio Kapellonun mətbuat konfransı start götürəcək.
Mənbə: affa.az

0
0