AZAL “Qarabağ”a qalib gəldi
12.10.2013 - 16:23
“Qarabağ” Topaz Premyer Liqasında DÇ-2014-ün seçmə mərhələsi ilə əlaqədar yaranmış fasilədə AZAL-la yoxlama oyunu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli oyunlar səbəbindən 10 futbolçunun imkanından məhrum olan Ağdam təmsilçisi Şüvəlandakı AZAL-Arenada baş tutan görüşdə fərqli heyətlə meydana çıxıb.
Görüşün ilk yarısında “Qarabağ” 2 dəfə qol vurmağa yaxın olsa da, ev sahibləri şanslarından maksimum yararlanıblar. Cavid Tağıyev və Viktor İbekoyi komandasını fasiləyə üstün yollanacaq qollara imza atıblar.
II hissənin startında AZAL Ağayevlə 3-cü qolu vurub. Ardınca isə “Qarabağ” Reynaldo və Kapalonqonun vurduğu qollarla hesab arsındakı fərqi minimuma endirib – 2:3. Bundan sonra oyunda başqa qol olmayıb.

0
0