“İnter” Gürcüstanda ikinci qələbəsini qazandı
12.10.2013 - 18:56
“İnter” Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” “Lokomotiv”in bazasında Rustavinin “Metallurq” komandası ilə üz-üzə gəliblər.
Matç 2:0 hesabı ila “İnter”in xeyrinə başa çatıb. Bakı təmsilçisinin heyətində Asif Məmmədov və Aleksandr İaşvili fəqrləniblər.
Qeyd edək ki, dünən keçirilən yoxlama matçında 2:0 hesablı nəticə qeydə alınmışdı. “Spartak”ın (Tsxinvali) qapısından topları Mirsahib Abbasov və Samir Zərgərov keçirmişdilər.
Bununla da “İnter” qonşu ölkədəki hazırlığını başa vurub, bu gün axşam vətənə qayıdır.

0
0