Stiven Devis: Bu nəticə bizim üçün faciədi - MÜSAHİBƏ
12.10.2013 - 23:00
Şimali İrlandiya yığmasının və İngiltərənin “Sautqempton” klubunun mərkəz yarımmüdafiəçisi Stiven Devisin apasport.az saytına müsahibəsi
- Öncə oyunla bağlı fikirlərinizi öyrənmək istərdik...
- İlk hissədə biz yaxşı oynadıq. Ancaq fasilədən sonra sizin futbolçular üstünlüyə yiyələndi. Bunun qarşısını almağa çalışsaq da, qapımızdan topun keçməsinə mane ola bilmədik. Məyusuq, çalışacağıq ki, İsraildən qələbə ilə qayıdaq.
- Məğlub olmağınızda əsas səbəb kimi nəyi görürsünüz?
- Düşünürəm ki, özümün də çıxış etdiyim mərkəz xətti ilk hissədəki oyunu nümayiş etdirsəydi, hesab belə olmayacaqdı. Biz fasilədən sonra mərkəzdə istənilən oyunu nümayiş etdirmədik. Düzdür, ilk qol bizə cinahdan qurulan hücum zamanı vuruldu. Ancaq ikinci qolda mərkəzdə ani diqqətsizliyimizin qurbanı olduq.
- Bu yenilgi sizin üçün faciədirmi?
- Əlbəttə, nəticə bizim üçün faciədi. Çünki bundan qabaq da biz qələbə qazanmalı olduğumuz səfər qarşılaşmasında məğlub olmuşduq. Bu üzdən hökmən qələbə qazanıb həmin yenilgini unutdurmalı idik. Ancaq bunu bacara bilmədik.
- Millimizə məğlubiyyətdən sonra sizin yenə də ümidiniz varmı ki, qrupda 4-cü yeri tutacaqsınız?
- Ümid həmişə var. Son turda biz səfərdə qalib gəlsək, Azərbaycan yığması isə Rusiyaya yenilsə, o zaman biz yenidən öz yerimizə qayıdacağıq. Çətin də olsa, biz buna ümid edirik.
- Oyundan öncə keçirilən mətbuat konfransında demişdiniz ki, 1 matçda üz-üzə gəldiyinizdən oyunçularımızdan heç birini tanımırsınız. Bəs indi?
- Düşünürəm ki, sizdə topu almağı bacaran yaxşı futbolçular var. Adlarını bilmirəm. Məncə, sizi qabağa aparan məhz həmin oyunçular oldu.
Səbuhi TOFİQOĞLU

0
0