Elxan Məmmədov: Onlar olmasaydılar... - MÜSAHİBƏ
12.10.2013 - 23:02
AFFA-nın baş katibi Elxan Məmmədov Şimali İrlandiya ilə oyundan sonra brifinq keçirib. O, müsahibəsi zamanı apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- İldən ilə millinin nəticələrini yaxşılaşdırmaq istəyirik. Bildiyiniz kimi, ötən seçmə mərhələdə 7 xal toplamışdıqsa, indi 8 xalımız var. Geriyə boylananda başa düşürük ki, Lüksemburqla 2 oyunda itirdiyimiz 4 xal bizi qrupda 2-3-cü yerlərə sala bilərdi.
- Berti Foqtsun istefası gündəmə gələndən bəri millimiz yaxşı nəticələr qazanır. Bu nəticələr onun qalmasına təsir etmir ki?
- AFFA rəhbərliyi başda Rövnəq Abdullayev olmaqla qeyd etmişdik ki, biz seçmə mərhələnin bitməsini gözləyirik. Bu barədə emosional qərar vermək istəmirdik və hazırda da istəmirik. Gəlin, 3-4 gün də Rusiya ilə matçı gözləyək. Bu oyundan sonra 2 ay vaxtımız var. Məhz həmin müddətdə növbəti seçmə mərhələyə hansı baş məşqçi ilə başlayacağımıza qərar verəcəyik. Bildiyiniz kimi, qərarı İcraiyyə Komitəsinin üzvləri verir.
- Oyundan əvvəl Şimali İrlandiya ilə matça az azarkeşin maraq göstərməsindən narazı qalmışdınız. Bu gün onlardan razı qaldınızmı?
- Yox. Hesab edirəm ki, Şimali İrlandiya ilə matçda stadionda boş yer qalmamalı idi. Təəssüflər olsun ki, bu matça gəlməyənlər Rusiya ilə görüşdə millimizə görə yox, ruslara görə stadiona bilet alır. Amma bizə bugünkü matçda onların dəstəyi daha çox lazım idi. O azarkeşlərə “çox sağ olun” deyirəm ki, bu gün stadiona gəlmişdi. Onlar olmasaydılar, bəlkə də bu gün qələbə qazana bilməyəcəkdik. Komanda stadiona çıxanda, tribunaları dolu görəndə, daha da inamlı oynayır.
- Düşünmürsünüz ki, azarkeşləri stadiondan qaçıran amil oyunların “Bakcell Arena”ya salınmasıdır?
- Bilirsiniz ki, “Bakcell Arena” çox münasib yerdə tikilib. 2 metronun arasındadır. Bunu unutmaq lazım deyil. İkincisi də ki, 8-ci km qəsəbəsinin tabe olduğu Nizami rayonu Bakının ən çox əhali yaşayan ikinci rayonudur. Üstəlik, burda gözəl şərait var. Avtomobillər üçün yeraltı və yerüstü 600 dayanacaq var. Təbii ki, biz çalışmalıyıq ki, Tofiq Bəhramov adına Respublika stadionunda da oyunları keçirək. Bu gün bu 2 stadion beynəlxalq oyunları təşkil etmək üçün tam hazırdır. Ötən il bu mərhələdə bütün oyunlarımızı mərkəzi arenada oynamışdıq. “Bakcell Arena”da isə cəmi 3-cü qarşılaşmamızı keçiririk.
- Rusiya ilə matçın məhz bu stadiona salınmasının əsas səbəbini bilmək istəyirik...
- Fikirləşdik ki, komanda ardıcıl ev oyunlarını eyni stadionda keçirəndə buna öyrəşir. Ola bilərdi ki, 4 gün sonra başqa stadionda oynamalı olsaydıq, ab-hava başqa cür olacaqdı. Üstəlik, bu arenada komanda hələ uduzmayıb.
- Amma Rusiya ilə görüşü burda keçirməklə cəmi 11 min azarkeş bilet ala biləcək. Bəziləri isə bilet tapa bilmədiyindən, bu onların stadiona gəlməsinə mane olacaq. Çünki ruslarla əvvəlki görüşdə mərkəzi arena tam dolmuşdu...
- Sizinlə razıyam. 1 ay bundan qabaq bilet satışına başlamışdıq. Gəlib, alardılar. Bunu da etmədilər. Güzəştli biletlər də var idi. 2 oyuna bilet alanlar az pul ödəyirdi. Əsas odur ki, stadion olsun. Daha yaxşıdır ki, kiçik arenada oynayasan və o da tam dolsun. Biri də var böyük stadionda oynayasan, ancaq o dolmaya.
- İlk hissədə hakim səhv qərarları ilə bizim lehimizə qərarlar verdi. Biz oyunçulara bu sualı vermədik ki, onlar obyektiv olmayacaq. Siz bu haqda nə düşünürsünüz?
- Mən təkrara hələ baxmamışam. Sizin kimi stadiondan baxırdım. Ümumiyyətlə, milli oynayanda heç vaxt hakimi müzakirə etməmişik. Çünki hakimin qərarı qanundur. Futbol artıq 100 ildən çoxdur ki, belə fəaliyyət göstərir və biz də bununla razılaşmalıyıq. Onun qərarları lehinə və ya əleyhinə də olsa, heç bir dəyişməyəcək.
- AFFA üçün böyük bir bayram olmalıdır. Çünki əvvəl U-21, sonra isə əsas milli qalib gəldi...
- Bəli. Açığı, biz U-21-dən qələbə gözləmirdik. Səfərdə Norveçə qalib gəldilər və hazırda qrupda 2-ci yerdədirlər. Bu o deməkdir ki, komanda mübarizə aparır. Hesab edirəm ki, Portuqaliya ilə qrup liderliyi uğrunda oyunda da bizi sevindirə biləcəklər.
Səbuhi TOFİQOĞLU

0
0