“Azərbaycana məğlubiyyət dünyanın sonu deyil” - MÜSAHİBƏ
14.10.2013 - 08:23
Şimali İrlandiya yığmasının və İngiltərənin “Vest Bromviç” klubunun hücumameylli yarımmüdafiəçisi Kris Brantın apasport.az saytına müsahibəsi
- Siz Bakıya gələndə hədəfiniz yalnız 3 xal qazanmaq idi? Yoxsa heç-heçə də sizin üçün qənaətbəxş sayılacaqdı?
- Bilirdik ki, Azərbaycan yığması evdə çox yaxşı çıxış edir. Bununla belə, ilk hissədə gözlənilənin əksi olaraq biz daha yaxşı oynadıq. Ancaq sizin qapıçınız qol vurmağımıza imkan vermədi. İkinci hissədə isə üstünlük Azərbaycan yığmasına keçdi. Fasilədən sonra bir real qol vəziyyəti yaxaladılar ki, onunla da hesabı açdılar.
- İlk hissədəki yaxşı oyununuzu niyə fasilədən sonra göstərə bilmədiniz?
- Bunu mən də başa düşə bilmirəm. Ancaq etiraf etmək lazımdır ki, ikinci hissədə sizin oyunçular “ayılmışdı”. Biz isə əksinə sanki yorulmuşduq. İlk qol bizim üçün soyuq duş təsiri bağışladı. İkinci qol matçın qırılma anı oldu.
- Qırmızı vərəqə ilə bağlı nə deyə bilərsiniz?
- O dəqiqələrdə qırmızı vərəqə almasaydıq, bəlkə də hesabı bərabərləşdirməyə vaxtımız qalacaqdı. Təəssüf ki, Conni Evans sizin hücumçunuza qarşı kobud oynadı…
- Bu nəticə sizin üçün faciə sayıla bilərmi, yoxsa fikirləşirsiniz ki, belə deyil?
- Yox, düşünmürəm ki, Azərbaycana məğlubiyyət dünyanın sonu kimi qəbul edilsin. Bu futboldur və normal haldır. Hamı gördü ki, biz pis oynamadıq, rəqibin hətta bəzi anlarda müdafiəsini də yardıq. Sadəcə bəxtsizlikdən fərqlənə bilmədik.
- Yığmamızda daha çox kimin oyunu xoşunuza gəldi?
- Əminliklə qapıçınızın (Kamran Ağayevi nəzərdə tutur – S.T.) adını çəkərdim. Bu matçın ən yaxşısı çərçivə qoruyucunuz oldu. O olmasaydı, biz millinizə qol vura biləcəkdik.
Səbuhi TOFİQOĞLU

0
0