“Olimpiakos”un qapıçısı: Araz Abdullayevi xatırlamıram
14.10.2013 - 08:29
“İlk hissədə çoxlu qol şanslarımız vardı. Onlardan yararlansaydıq, indi məğlubiyyətdən danışmırdıq. Hamı məyus olub”. Bunu apasport.az saytına Şimali İrlandiya yığmasının qapıçısı Roy Kerroll deyib.
Yunanıstanın “Olimpiakos” klubunun təcrübəli qapıçısı millimizə 0:2 hesablı yenilgidə günahkar kimi komanda yoldaşlarını görür. Onun sözlərinə görə, ilk yarıda şanslardan maksimum yararlanmaq lazım idi.
Roy Kerroll italiyalı hakimin son dəqiqələrdə “Mançester Yunayted”in mərkəz müdafiəçisi Conni Evansa qırmızı vərəqə göstərməsinə də münasibət bildirib: “Həmin epizodda hakim qırmızı vərəqə verməyə də bilərdi. Sadəcə “sarı” ilə kifayətlənmək olardı. Mən yaxında olduğumdan eşitdim ki, rəqib oyunçular hakimin üstünə qışqırır ki, Evansa qırmızı vərəqə verilsin. Bundan sonra o, asanlıqla futbolçumuzu qovdu”.
2012-ci ilin yanvarından Kerrol “Olimpiakos”da çıxış edir. Görəsən, təcrübəli qapıçı məhz həmin vaxt “Panionios”da oynamış Araz Abdullayevi tanıyıbmı? Axı onların komandası 2012-ci ilin yanvarın 25-də kubokda üz-üzə gəlmişdi... Kerrollu dinləyək: “Həmin matçda biz 4:0 hesabı ilə rəqibə qalib gəlmişdik. Ancaq mən “Olimpiakos”a yeni keçdiyimdən “18-lik”də yer almamışdım. Sizin sağ cinah yarımmüdafiəçinizi isə təəssüf ki, xatırlamıram. Çünki həmin mövsüm mən ümumiyyətlə “Panionios”la matçlarda meydanda olmamışdım”.
Qeyd edək ki, Araz Abdullayev “Panionios”un “Olimpiakos”la kubok matçında “18-lik”də olmuşdu. Ancaq 2012-ci ilin fevralın 19-da baş tutan çempionat qarşılaşmasında Kerroll ehtiyatda olsa da, Araz heyətə daxil edilməmişdi.
Səbuhi TOFİQOĞLU

0
0