Sumqayıtda sevinən zaqatalalılar oldu
14.10.2013 - 09:14
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt”la “Simurq” dünən öz aralarında yoldaşlıq matçı keçiriblər. Apasport.az saytının məlumatına görə, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada baş tutub.
İlk hissəsi qolsuz heç-heçə ilə bitən görüşdə sevinən tərəf Zaqatala təmsilçisi olub – 2:1. Qonaqların heyətində Nicat Qurbanov və İdan Vaitzman fərqlənib. “Sumqayıt”ın tək qolunu isə Mirzağa Hüseynpur vurub.
Qeyd edək ki, Topaz Premyer Liqasının X turunda “Sumqayıt” “Qarabağ”ı, “Simurq” isə “Xəzər Lənkəran”ı qəbul edəcək.

0
0