“Rusiya yığması qələbəyə oynayacaq”
14.10.2013 - 10:02
“Azərbaycanla Bakıdakı oyunda Rusiya millisinin hansı taktikaya üstünlük verəcəyinə məşqçilər korpusu müəyyənləşdirəcək”. Apapsort.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Terek” klubunun baş məşqçisi Yuri Krasnojan deyib.
Ölkəsinin tanınmış çalışdırıcısı DÇ-2014-ün seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan – Rusiya matçı ilə bağlı fikirlərini açıqlayıb: “Komandaya sərf edən heç-heçəyə oynayacağımızı, yoxsa xoşbəxtliyi rəqib qapısında axtaracağımıza baş məşqçi qərar verir. Lakin hesab edirəm ki, Rusiya yığması qələbəyə oynayacaq. Onlara dünya çempionatına 1-ci yerlə çıxmağı ürəkdən arzulayıram”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu sabah “Bakcell Arena”da keçiriləcək.

0
0