“Atam həmişə oğlu oynayan komandaya azarkeşlik edir” - MÜSAHİBƏ
14.10.2013 - 10:17
“Atam həmişə oğlu oynayan komandaya azarkeşlik edir” - MÜSAHİBƏ
Rusiya millisinin futbolçusu Aleksandr Səmədov şimallı həmkarlarımıza müsahibə verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan əsilli yarımmüdafiəçi oktyabrın 15-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı keçirəcəkləri matçdan danışıb.

- Mən sualı “Rusiya millisi artıq dünya çempionatına vəsiqə qazanıb” cümləsi ilə başlasam, siz sözümü kəsəcəksiniz ki, gözə gətirməyim?
- Sözünüzü kəsməyəcəyəm, ancaq siz özünüz də gözəl bilirsiniz ki... Azərbaycanla sonuncu oyun çox ağır olacaq. Və bu sadəcə söz deyil, həqiqətdir. Plan əvvəlki kimidir – qələbə!

- Azərbaycan əsilli olmağınızla suallar hələ sizi bezdirməyib?
- Düzün deyim? Bezdirib.

- Bəs mən indi növbəti suallarımı necə verim?
- Siz istənilən halda soruşun. Mən ki, anlayırdım bu cür suallar olacaq.

- Sizi dəfələrlə Azərbaycan millisinə dəvət ediblər, ancaq həmişə “yox” cavabı vermisiniz. Etiraf edin, seçiminizdə yüz faiz əmin idiniz, yoxsa tərəddüd vardı?
- Sizə necə deyim... Əlbəttə, hərdən ağlıma müxtəlif fikirlər gəlirdi. Ancaq hiss edirdim ki, Rusiya millisində oynaya bilərəm. Yəqin ki, bunu istəyirdim. Xoşbəxtlikdən axırda alındı.

- Azərbaycanda olan atanız çərşənbə axşamı kimə azarkeşlik edəcək? Sizə qarşımı?
- O həmişə oğlu oynayan komandaya azarkeşlik edir. Əlbəttə ki, atam Rusiya millisinə azarkeşlik edəcək.

- Belə hiss var ki, sizi Azərbaycana deyil, Rusiya qarşı matç gözləyir. Rəqib düşərgədən iddialı açıqlamalar gəlməkdədir.
- Siz nə barədə danışırsınız? Bilirsiniz, mən futbol xəbərlərini, oyundan əvvəl açıqlamaları, müsahibələri oxumağı xoşlamıram. İdman saytlarını açanda ancaq MXL və MBA ilə bağlı xəbərləri oxuyuram, Premyer Liqa və ya Azərbaycanla matç barədə maraqlanmıram.

- Məlumat verirəm: Foqtsun yetirmələri özləri barədə yaxşı piar kompaniyası aparırlar.
- Hə? Olsun, heç bir problem yoxdur. Biz də çalışarıq özlərinə inama görə onları cəzalandıraq.

- Ola bilməz ki, Azərbaycanla oyunda hətta, heç-heçənin bizi qane edə biləcəyi faktı futbolçulardan heç birinə təsir etməsin...
- Yəqin ki, indi hər küncdə deyirlər ki, hər şey həll olunub, hər şey həll olunub, artıq Braziliyaya bilet ala bilərik. Demək belə: mənim fikrimcə, hələ hər şey həll olunmayıb. Nədir, seçmə mərhələ başa çatıb? Biz 1-ci yeri təmin etmişik? Azərbaycan öncədən təslim olmağa hazırdır? Yox, yox, yenə də yox!