“Mən onları Lüksemburqla oyununa əsasən analiz etmişdim”
14.10.2013 - 10:33
“Mən onları Lüksemburqla oyununa əsasən analiz etmişdim”
“Rusiyaya qalib gəlsək, bu, sensasiya sayılmayacaq. Çünki biz istənilən rəqiblə oynaya bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin məşqçisi Aslan Kərimov deyib.

Millimiz sabah DÇ-2014-ün seçmə mərhələsində Rusiya yığmasını qəbul edəcək. Kərimovun bu gün təşkil edilən mətbuat konfransında Şimali İrlandiya üzərində qazandığımız qələbədən də söz açıb: “Mən Şimali İrlandiyanın oyununu izləmişdim. Sadəcə olaraq, onlar oyun sistemlərini dəyişmişdi. Mən onları Lüksemburqla oyununa əsasən analiz etmişdim. Millinin üzvlərinin ustalıq baxımından güclü çempionatlarda oynamasını istərdik. Futbolçularımız Rusiyada oynasa, bizim üçün də rahat olar. Ruslar bizdən təcrübə baxımından üstündür. Bizim üstünlüyümüz isə doğma meydanda oynamağımızdır. Bəlkə də motivasiya baxımından da bizim qələbəmiz daha vacibdir. Heyətdə bəzi dəyişikliklər olacaq. Bu Rasim Ramaldanovla bağlıdır. O oyunu buraxacaq. Bundan başqa, bəzi səbəblərdən də heyətdə dəyişikliklər olacağı istisna olunmur”.