“Ola bilər ki, Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm”
14.10.2013 - 11:10
“Çətin oyun olacaq. Çalışacağıq ki, məğlub olmayaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin hücumçusu Rüfət Dadaşov deyib.
DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiyaya qalib gəldiyimiz matçda (2:0) hesabı açan gənc futbolçu bu gün Rusiya millisi ilə görüş ərəfəsində təşkil edilən mətbuat konfransına qatılıb. Dadaşov bildirib ki, öz oyunu ilə rusların diqqətini cəlb edə biləcəyinin fərqindədir: “Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm. Ancaq buna fikir vermirəm. Bütün diqqətimi öz oyunuma yönəldəcəm ki, komandam qələbə qazansın”.

0
0