“Bizə heç bir mükafat vəd olunmayıb”
14.10.2013 - 11:15
“Bizə heç bir mükafat vəd olunmayıb”
“Bilirik ki, sabahkı oyunda Azərbaycan yığması həddən artıq motivasiyalı olacaq. Onlar seçmə mərhələni evdə qələbə ilə başa vurmaq istəyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Roman Şirokov deyib.

Təcrübəli müdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin sabah Bakıda Azərbaycan yığmasınA qarşı keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Lakin bu amil oyunun gedişində hiss olunmamalıdır. Biz qalib gəlməli və qrupda 1-ci olmalıyıq. Dünya çempionatına cəmi 1 addımımız qalıb. Bizə heç bir mükafat vəd olunmayıb. Mükafatlar üçün yox, ölkəmiz üçün oynayırıq. Azərbaycan yığmasının heyətində heç kimi fərqləndirə bilmərəm. Bizimlə Moskvadakı ilk oyuna əsasən də onların liderinin kimliyini müəyyənləşdirmək mümkün deyildi. Rəqibimiz bütün oyunu müdafiədə keçirdi. Demək olar ki, bütün qarşılaşmanı mərkəz xətti keçə bilmədilər. Biz hələ fasiləyədək 3 qol vura bilərdik. Lakin intriqanı matçın sonuna saxladıq. Onların qarşılaşmalarına baxıb təhlillər aparacağıq”.