Liderlərin oyunu
14.10.2013 - 12:00
Liderlərin oyunu
Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 8-ci qrupda mübarizə aparan Azərbaycan yığması Portuqaliya ilə görüşəcək.

Norveçdəki 3:1 hesablı səfər qələbəsindən sonra 2-ci pilləyə yüksələn Bernard Lippertin yetirmələri lideri sınağa çəkəcək. “Bayıl Arena”da qazanılacaq qələbə millimizi zirvəyə daşıya bilər.

Seçmə mərhələdəki ilk ev oyununda Makedoniya ilə qolsuz heç-heçə edən yığmamız ardıcıl 2 səfər matçından sonra doğma publika önünə çıxacaq. Lakin bu qarşılaşma eyni gündə baş tutacaq DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya görüşünün kölgəsində qalacaq.

Qeyd edək ki, günün digər oyununda Norveç İsraili qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Avro-2015-in seçmə oyunu
8-ci qrup
15 oktyabr

16:00. Azərbaycan – Portuqaliya
Bakı. “Bayıl arena” stadionu

1
Portuqaliya
2
2
0
0
8-1
6
2
Azərbaycan
3
1
1
1
5-8
4
3
İsrail
2
1
0
1
7-5
3
4
Norveç
3
1
0
2
4-9
3
5
Makedoniya
2
0
1
1
1-2
1