Branimir Subaşiç Qara dəniz derbisində oynadı
14.10.2013 - 13:07
Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanaraq dünən yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin 1-ci dəstə təmsilçisi Rizədə Superliqa klubu “Çaykur Rizəspor”un qonağı olub.
Bu görüşdə Subaşiç start heyətində yer alıb. O, fasilədən sonra rumıniyalı hücumçu Aleksandru İonitse ilə əvəzlənib. Görüş isə qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, Branimir Subaşiç milli komandanın Şimali İrlandiya və Rusiya ilə görüşlərinə dəvət olunmayıb.

0
0